Yaxın Şərq
Suriya İsraildən qorunmağın yolunu tapıb: Rusiya hərbçilərini ölkəyə qaytarır
Suriyanın yeni hökuməti Bəşər Əsəd rejiminin süqutundan əvvəl olduğu kimi, Rusiya hərbi polisinin patrul dəstələrinin ölkənin cənub əyalətlərinə qayıtmasında maraqlıdır. Hakimiyyət İsrailin hərbi fəaliyyətini məhdudlaşdırmaq üçün müvafiq əraziləri Rusiyanın nəzarətinə qaytarmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” mənbələrə istinadən məlumat yayıb.
İsrail dekabr ayında Suriyanın cənubunun bir hissəsini tutub. Təl-Əviv daha sonra yəhudi dövlətinin şimal sərhədinin təhlükəsizliyini təmin etmək və yerli druz icmasını qorumaq üçün orada bufer zona yaradıldığını elan edib. Rusiyanın bölgədəki hərbi varlığı azalıb. Dəməşq hesab edir ki, rus patrullarının geri qayıtması “İsrailin Suriyanın işlərinə qarışmasının qarşısını ala bilər”.
Son məlumatlara görə, Rusiya Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə olaraq, fərqli bir ərazidə patrul fəaliyyətini bərpa edib. Hərbi polis ölkənin şimal-şərqindəki Əl-Qamışlı şəhəri yaxınlığında fəaliyyət göstərir. Bunun Suriya nümayəndə heyətinin Moskvaya son səfərindən sonra baş verdiyi deyilir.
Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Rusiya hərbçiləri Tartus vilayətindəki dəniz logistika mərkəzini, həmçinin Latakiya vilayətindəki Xmeymim aviabazasını saxlayıblar. Jurnalistlər yazır ki, Rusiya Hərbi Hava Qüvvələri də Əl-Qamışlıdakı hərbi aerodromun istismarını davam etdirir.
Akqabay
-
İdman22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi






















.jpg)











