Yaxın Şərq
Netanyahu iranlıları İNQİLABA ÇAĞIRDI - “Küçələrə çıxın, mən sizinləyəm”
İsrailin Baş naziri Binyamin Netanyahu, İran vətəndaşlarına müraciət edərək, siyasi dəyişikliklər baş verəcəyi təqdirdə su təchizatı problemlərinin həllinə dair yardım təklif edib.
Publika.az xəbər verir ki, müraciət baş nazirin rəsmi "YouTube" kanalında yayımlanıb.
Netanyahu çıxışında deyib ki, İran hakimiyyəti İsraillə on iki günlük müharibədə məğlub olub və vətəndaşların hüquqlarını məhdudlaşdırır.
"İran azad olduqda, mütəxəssislərimiz ölkənizin hər bir şəhərinə suyun təkrar emalı texnologiyaları gətirəcək. Küçələrə çıxın. Dəyişiklik tələb edin. Buna dəyər!", - o deyib.
“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.
İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri əlavə edib.
Hüseyn İbadlı
-
İdman22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi






















.jpg)











