Yaxın Şərq
İki ölkə HƏMAS-a yeni təklif göndərdi
Misir və Qətər Qəzza zolağı ilə bağlı Fələstinin HƏMAS hərəkatına yeni təklif göndərib.
Publika.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, təşəbbüs iki ölkənin nümayəndələri tərəfindən bir sıra fələstinli fraksiya liderlərinin iştirakı ilə radikallara təqdim olunub. Fraksiya rəhbərləri HƏMAS-dan “yaxın saatlarda” cavab hazırlamağı tələb ediblər.
Ötən həftə HƏMAS İsrail qoşunlarının çıxarılması müqabilində Qəzza zolağından silahlı birləşmələrini çıxarmağa hazır olduğunu bəyan edib. Eyni zamanda, Fələstin hərəkatı hərbi əməliyyatların dayandırılması üçün beynəlxalq təminatları özündə əks etdirən yazılı razılaşma tələb edirdi.
Avqustun 8-də İsrailin təhlükəsizlik kabineti baş nazir Benyamin Netanyahunun ordunun Qəzza zolağı üzərində nəzarətini təmin etmək planını təsdiqləyib
Ölkə hökumətinin əksəriyyəti müharibənin dayandırılması üçün beş şərti də təsdiqləyib:
HƏMAS-ın tam tərksilah olunması,
Bütün girovların qaytarılması,
Qəzza zolağının demilitarizasiyası,
Ərazidə təhlükəsizliyə İsrailin nəzarəti,
HƏMAS və Fələstin Milli Administrasiyasının iştirak etmədiyi mülki hökumətin yaradılması.
Hüseyn İbadlı
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
İdman22:15"Sabah" - "Borussiya" oyununda 3-cü qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi























.jpg)










