Yaxın Şərq
"Taliban" dünya nəhənglərinə ÇAĞIRIŞ ETDİ
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid digər dövlətləri ölkəsinə qarşı pis niyyətlərdən əl çəkməyə çağırıb.
Publik.az "Amu" TV-yə istinadla xəbər verir ki, o, bunu Əfqanıstanın Müstəqillik Günü münasibətilə keçirilən mərasimdə deyib.
Onun sözlərinə görə, Əfqanıstan heç kimə qarşı düşmənçilik bəsləmir və İslam şəriəti əsasında hamı ilə yaxşı münasibətlər qurmaq istəyir.
Nazirin qeyd edib ki, nə Rusiya, nə də Çin Əfqanıstanın ABŞ-ın göstərişi ilə onlara qarşı hərəkət edəcəyinə və ya ərazisinin onlara qarşı istifadəsinə icazə verəcəyinə inanmır. Mücahid bildirib ki, ABŞ Rusiya və Çinin Əfqanıstan ərazisindən onlara qarşı istifadə edəcəyinə inanmır .
O, digər ölkələrə də ticari-iqtisadi əməkdaşlıq təklif edib.
"Gəlin ticarət edək. Qarşıdurma yolu ilə deyil, bəndlər, yollar, zavodlar tikməklə, elektrik enerjisi layihələrinə sərmayə qoymaqla bir-birimizlə rəqabət aparaq", - deyə nazir bildirib.
O, həmçinin Əfqanıstanın bir neçə dəfə müstəqilliyini itirdiyini, lakin 2021-ci ilin avqustunda "Taliban"ın hakimiyyətə qayıdışının müstəqilliyin yeni forması olduğunu qeyd edib. Mücahid əfqanları “üçüncü dəfədən dərs almağa” və “sui-qəsd və fikir ayrılıqlarının” qarşısını almaq üçün həmrəy olmağa çağırıb.
Hüseyn İbadlı
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
İdman22:15"Sabah" - "Borussiya" oyununda 3-cü qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi























.jpg)










