Yaxın Şərq
Netanyahu həmin planları təsdiqləmək üçün QƏZZAYA GETDİ
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına gedib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Nzirlər Kabineti məlumat yayıb.
"Biz qərar vermə mərhələsindəyik. Bu gün Qəzza zolağına İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza şəhərini ələ keçirmək və HƏMAS-ı məğlub etmək üçün mənə və müdafiə nazirinə təqdim etdiyi planları təsdiqləmək üçün gəldim ", - baş nazir bildirib.
Netanyahu əlavə edib ki, o, girovları azad etmək və münaqişəyə son qoymaq üçün dərhal danışıqlar aparılmasına göstəriş verib və bu məqsədə İsrail üçün məqbul şərtlərlə nail olmaq lazımdır.
Xatırladaq ki, avqustun 20-də İsrail hərbçilərinin Qəzzaya hücuma keçdiyi və şəhərin kənarına nəzarəti ələ keçirdiyi bildirilib.
İsrail ordusunun "Qalei Tzahal" radiosunun məlumatına görə, Qəzzanı ələ keçirmək üçün hərbi əməliyyat 2026-cı ilə qədər davam edəcək. Bu şəhərdə manevrlərin pik nöqtəsində İsrail ordusunun ehtiyatda olan əsgərlərinin sayının eyni vaxtda 130 min nəfərə çatacağı qeyd olunur.
Hüseyn İbadlı
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı






































