Yaxın Şərq
Yəməndə DƏHŞƏTLİ SUİ-QƏSD - Yüksək vəzifəli məmurun avtomobili partladıldı
Yəmənin cənub-qərbində yerləşən Təiz şəhərində Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Abdullah Nakib avtomobilinə yerləşdirilmiş partlayıcı ilə törədilən sui-qəsd nəticəsində həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, partlayıcı avtomobilin Cəmal küçəsindən keçdiyi anda partlayıb.
Partlayışdan sonra xəstəxanaya aparılan Nakibi xilas etmək mümkün olmayıb.
Yəmən Daxili İşlər Nazirliyinin açıqlamasında da Nakibin avtomobilinə yerləşdirilmiş bombanın partlaması nəticəsində öldüyü təsdiqlənib.
Nazir İbrahim Haydan bildirib ki, hüquq-mühafizə orqanları hücum edənləri tutmaq, ədalət qarşısına çıxarmaq və onların çəkindirici cəza almasını təmin etmək üçün çalışır.
Ölkənin ən sıx məskunlaşdığı şəhər olan Təiz hazırda hökumətin nəzarətindədir. Təiz cənubda, başda Ədən olmaqla, digər vilayətlərə gedən əsas yol üzərində yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır.
Hüseyn İbadlı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO








.jpg)





.jpg)





















.jpg)


