Yaxın Şərq
Suriyada druzlar "milli qvardiya"da birləşir
Suriyada Əs-Süveyda əyalətində ən azı 30 silahlı qruplaşma radikal druz şeyxi Hikmət əl-Həcərinin rəhbərliyi altında birləşərək özlərini "milli qvardiya" adlandırıblar.
Publika.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Məlumata görə, "milli qvardiya"nın vəzifələrinə "sərhədlərin qorunması, silahlı şəxslərin, silah və narkotik qaçaqmalçılığının qarşısının alınması" daxil olacaq. Bundan əlavə, o, əyalətin güc və hərbi qurumlarının "gələcəkdə dövlət strukturuna inteqrasiyasına hazırlıq çərçivəsində" təşkili üzərində işləyəcək.
Öz növbəsində, "Asharq al-Awsat" qəzeti qeyd edib ki, bəzi məlumatlara görə, "milli qvardiya"nın sayı 4-5 min döyüşçüyə çata bilər. Nəşr həmçinin bildirib ki, druz liderləri arasında onların qruplaşmalarının əl-Həcərinin ordusuna qoşulması məsələsində parçalanma baş verib.
Qeyd edək ki, əl-Həcəri ziddiyyətli şəxsiyyətdir və Suriya hakimiyyəti onu separatçı mövqe tutmaqda ittiham edir.
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı






































