Yaxın Şərq
İsrail İordan çayının qərb sahilində yüzlərlə ağacı kökündən çıxardı
İsrail hakimiyyəti İordan çayının qərb sahilində yüzlərlə ağacı kökündən çıxarmaq üçün buldozerlərdən istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının ingilisdilli “Arab News” qəzeti məlumat yayıb.
Hadisə rayonun Əl-Muğayir kəndində baş verib. Mövcud məlumatlara görə, məhv edilən ağacların əksəriyyəti İordan çayının qərb sahilinin iqtisadiyyatı və mədəniyyəti üçün son dərəcə əhəmiyyətli olan zeytun ağacları olub.
Yerli kənd təsərrüfatı birliyinin rəhbəri vurğulayıb ki, İsrail hakimiyyəti bu cür hərəkətləri ilə yerli Fələstin əhalisini öz torpaqlarını tərk etməyə məcbur etmək istəyir.
Öz növbəsində İsrail Müdafiə Qüvvələrinin nümayəndələri baş verənləri Fələstin terrorizmi ilə mübarizə tədbirləri kimi izah ediblər.
Avqustun 21-də Böyük Britaniyanın xarici işlər naziri David Lammy İsrailin İordan çayının qərb sahilində yeni yəhudi qəsəbələri tikmək planlarını tənqid edib.
Hüseyn İbadlı
-
İdman21:30"Sabah" - "Borussiya" oyununda ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
























.jpg)


.jpg)






