Yaxın Şərq
Husi hökumətinin lideri ÖLDÜRÜLDÜ
“Ənsar Allah” (Husi) hərbi-siyasi hərəkatının yaratdığı Yəmən hökumətinin baş naziri Əhməd Qalib ər-Rahavi İsrailin Sənaya endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” əl-Rahavi ailəsinə yaxın yəmənli mənbəyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, İsrail qırıcıları Sənanın cənubundakı Hadda bölgəsində bir evi bombalayıb. Nəticədə baş nazir və onun bir neçə tərəfdaşı da daxil olmaqla 4 nəfər həlak olub.
O, əlavə edib ki, “Ənsar Allah” qruplaşması ötən il avqustun 10-da baş nazir təyin edilmiş əl-Rahavinin ölümünü elan etməyə hazırlaşır.
Hüseyn İbadlı
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı






































