Yaxın Şərq
İsrail Pezeşkianın olduğu bunkerə belə zərbə endirib - İranın ciddi səhvi
12 günlük müharibə zamanı İsrail İranın əsas şəxslərinin və elm adamlarının hərəkətlərini təhlükəsizlik əməkdaşlarının mobil telefonlarını istifadə edərək izləyib və nəticədə onları hədəf ala bilib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Nəşr İsrailin hücumundan sonra İran kəşfiyyatının apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Məlumata görə, yüksək səviyyədə təhlükəsizlik tədbirləri tətbiq edilməsinə baxmayaraq, məsələn, 16 iyun tarixində – müharibənin dördüncü günündə – İran Ali Milli Təhlükəsizlik Şurası Tehranın qərbindəki dağın təxminən 30 metr dərinliyindəki bunkerdə toplanıb.
Bu toplantıya prezident Məsud Pezeşkian, məhkəmə sisteminin və kəşfiyyat nazirliyinin rəhbərləri, eləcə də yüksək rütbəli hərbi komandirlər qatılıb. Onlar ayrı-ayrı avtomobillərlə gəliblər və heç birinin mobil telefonu olmayıb. Buna səbəb İsrail kəşfiyyatının onları izləməsi olub.
Bütün ehtiyat tədbirlərinə baxmayaraq, iclasın başlamasından qısa müddət sonra İsrail təyyarələri bunkerə altı bomba ataraq, iki giriş və iki çıxış qapısını hədəfə alıb. Maraqlıdır ki, bunkerdə heç kim həlak olmayıb. Liderlər daha sonra bunkerdən çıxanda partlayışlar nəticəsində həlak olan bir neçə mühafizəçinin cəsədini tapıblar.
Bu hücum İran kəşfiyyatını təəccübləndirib. Sonradan məlum olub ki, İsrail görüşdən xəbərdar olub, mühafizəçilərin telefonlarını "sındırıb" və əldə etdiyi məlumatlardan istifadə edib.
İsrailin iclas iştirakçılarına zərbə endirməsi ilə bağlı məlumatlar, eləcə də İran rəsmiləri və komandirlərini necə izlədiyi və hədəfə alması ilə bağlı təfərrüat İranın beş yüksək vəzifəli rəsmisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü və doqquz İsrail hərbi və kəşfiyyat rəsmisi ilə müsahibələrə əsaslanır.
Akqabay
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO








.jpg)








.jpg)


















.jpg)


