Yaxın Şərq
İsrailin məhv etdiyi nazirlərin ADLARI AÇIQLANDI
İsrail husilərin hökumətində xarici işlər naziri vəzifəsini icra edən Camal Ameri və hərəkatın daha üç hökumət üzvünü məhv edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Yəməndəki mənbə məlumat verib.
İsrailin hava hücumları nəticəsində məhv edilənlər arasında gənclər və idman naziri Məhəmməd əl-Maulid, enerji və su ehtiyatları naziri Əli Seyf Həsən, eləcə də baş nazirin ofisinin direktoru Məhəmməd əl-Kabsi yer alır.
Husilərin nəqliyyat və ictimai işlər naziri Məhəmməd Ayaş Kahim və rabitə naziri Məhəmməd əl-Məhdi ağır yaralanıblar.
Avqustun 29-da İsrailin Yəmən hökumətinin baş nazirini Sənaya endirdiyi hava zərbəsi nəticəsində məhv etdiyi məlum olub. İsrail qırıcıları Sənanın cənubundakı Hadda bölgəsində yerləşən və husilərin kabinet iclası keçirilən binanı bombalayıblar.
Hücumdan sonra Yəməndəki “Ənsar Allah” hərəkatının siyasi şurasının rəhbəri Mehdi əl-Məşat İsrailə “qara günlər” vəd edib və israillilərin artıq özlərini təhlükəsiz hiss etməyəcəklərini bildirib.
Hüseyn İbadlı
-
İdman21:30"Sabah" - "Borussiya" oyununda ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
























.jpg)


.jpg)






