Yaxın Şərq
Səhrada dünyanın ən böyük hava limanı tikilir
Səudiyyə Ərəbistanı dünyanın ən böyük hava limanı olacağı gözlənilən tikinti layihəsinə start verib.
Publika.az xəbər verir ki, yeni aviasiya mərkəzi - Kral Salman Beynəlxalq Hava Limanı 2030-cu ildə açılacaq və sahəsi 14 000 futbol meydançasına bərabər olacaq.
Bu nəhəng layihə hazırda fəaliyyət göstərən Kral Xalid Hava Limanının ətrafında inşa olunur və ilk dəfə 2022-ci ilin noyabrında elan edilib. Yeni kompleksin ümumi sahəsi 57 kvadrat kilometr olacaq, bunun 12 kilometri ticarət mərkəzlərinə ayrılacaq.
"Greek Reporter"in məlumatına görə, bu layihə Səudiyyə hökumətinin qlobal nəqliyyat və ticarət platforması yaratmaq ambisiyalarını nümayiş etdirir.
Hazırda Kral Xalid Hava Limanında iki paralel uçuş-enmə zolağı var, lakin yeni proqram çərçivəsində bu say altıya çatdırılacaq.
Proqnozlara əsasən, sərnişin axını kəskin şəkildə artacaq: 2030-cu ildə illik 120 milyon, 2050-ci ildə isə 150 milyon nəfərə çatacaq. Yeni zolaqlar artan reys sayını qarşılamağa kömək edəcək.
Təyyarə hərəkətlərinin sayı da əhəmiyyətli dərəcədə artacaq - hazırkı 211 000 uçuş və enmədən illik bir milyondan çox hərəkətə qədər. Hava limanının dizaynı "Foster + Partners" adlı britaniyalı memarlıq şirkəti tərəfindən hazırlanıb. Bu firma "Wembley" stadionu, "Battersea Roof Gardens" və Kraliça II Elizabetin Milli Memorialı kimi layihələrlə tanınır.
Səudiyyə rəsmilərinin sözlərinə görə, hava limanında bir neçə enmə zonası, yaşıllaşdırılmış daxili və xarici sahələr, eləcə də sərnişinlərə uçuş-enmə zolaqlarına heyranedici mənzərə təqdim edən geniş pəncərələr olacaq.
Hüseyn İbadlı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO








.jpg)








.jpg)


















.jpg)


