Yaxın Şərq
İsrail Rusiyaya yeni səfir təyin etdi
İsrail hökuməti Oded Yosefin İsrailin Rusiyadakı səfiri təyin edilməsini yekdilliklə təsdiqləyi.
Publika.az xəbər verir ki, bu barədə "İsrail Milli Xəbərləri" məlumat yayıb.
Nəşr qeyd edib ki, Yosef əvvəllər Keniyada səfir və Uqanda, Malavi və Seyşel adalarında qeyri-rezident səfir vəzifələrində çalışıb, həmçinin İsrailin Moskva, Vaşinqton və Sinqapurdakı nümayəndəliklərində vəzifə tutub.
Həmçinin İsrailin xarici işlər naziri Gideon Saarın təklifi ilə Xarici İşlər Nazirliyinin Körfəz ölkələri departamentinin direktoru Kobi Janovski Slovakiyaya səfir təyin edilib .
İyulda İsrailin Rusiyadakı səfiri Simona Qalperinin bu payız vəzifəsini tərk edəcəyi məlum olub. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru olacaq.
Qalperin 2023-cü ilin mayında İsrailin Rusiyadakı səfiri təyin edilib. O, müxtəlif vaxtlarda Taypeydə İsrail İqtisadiyyat və Mədəniyyət İdarəsinə rəhbərlik edib və ölkənin Sakit okean adaları üzrə xüsusi nümayəndəsi olub.
Hüseyn İbadlı
-
İdman21:30"Sabah" - "Borussiya" oyununda ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
























.jpg)


.jpg)






