Yaxın Şərq
Qırmızı dənizdə İsrailə aid tankerə hücum edildi
Qırmızı dənizdə, Səudiyyə Ərəbistanının Yanbu şəhəri sahillərinə yaxın ərazidə Liberiya bayrağı altında üzən və İsrailə məxsus olan bir tankerə hücum edilib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış Britaniya şirkəti "Ambrey"ə istinadla məlumat yayıb.
Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Yanbudan cənub-qərbdə, 40 dəniz mili məsafədə baş verib. Gəmi heyəti “gurultulu partlayış” səsi eşidib və naməlum mərmidən sıçrayışlar görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Ambrey" şirkəti daha sonra bildirib ki, gəmi İran tərəfindən dəstəklənən Yəmən husiləri üçün “uyğun hədəf” sayılır, çünki onun İsrailə məxsus olduğu açıq şəkildə bəllidir.
Hüseyn İbadlı
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı





































