Yaxın Şərq
İsrail və YPG təşvişdə: Türkiyə Suriyada görün hansı planı işə saldı
Türkiyə Suriya rəhbərliyi ilə əldə olunan razılaşma çərçivəsində suriyalı əsgərlərə hərbi təlim keçməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat verib.
Bildirilib ki, təlimlərə komando və piyada hazırlığı daxildir. Gələcəkdə Suriyada hərbi və gizir məktəblərinin açılması da planlaşdırılır. Qeyd olunub ki, Suriya rəhbərliyi istədiyi halda kəşfiyyat, PUA və artilleriya dəstəyi də veriləcək. Təlim keçən suriyalı əsgərlər daha sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən öz ölkələrində də öyrədiləcək.
İsrailin hücumları, həmçinin druz qrupları və SDQ-nin gərginliyi artırmaq cəhdləri fonunda belə bir dəstəyin göstərilməsi isə xüsusi diqqət çəkir.
Türkiyənin bu addımı, xüsusilə 10 mart razılaşmasına əməl olunmadığı təqdirdə YPG-yə qarşı mümkün müdaxilələrdə birgə fəaliyyət imkanı yaradır.
Digər tərəfdən, Türkiyə Suriyada YPG-nin tunel qazma fəaliyyətlərini yaxından izləyir. Daha əvvəl 580 kilometrlik tunelin məhv edildiyi xatırladılaraq, yeni fəaliyyətlərin əvvəlki qədər geniş olmadığı vurğulanıb. Hazırda Dəməşq ilə SDQ arasında birbaşa toqquşma yaşanmır. Tərəflər arasında 10 mart razılaşması qüvvədədir.
-
İdman20:45Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başladı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq

























.jpg)


.jpg)






