Yaxın Şərq
Livanda beşmərtəbəli bina çökdü: ölənlər var
Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində azı altı nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə rəsmi internet saytında yayımlanan açıqlamasında bildirib.
“Hazırda dağıntılar altından altı cəsəd çıxarılıb, daha yeddi nəfər isə sağ xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, – deyə mer qeyd edib. Onun sözlərinə görə, xilasetmə işləri davam edir və ölənlərin, eləcə də yaralananların sayının artacağı istisna olunmur.
Əbdül Həmid Kərimə vurğulayıb ki, son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu qədim Bab əl-Təbbənə məhəlləsinin fəlakət zonası elan edilməsi üçün hökumətə müraciət edib.
“Hazırda qəzalı vəziyyətdə olan qonşu binalardan sakinlərin təxliyəsi təcili şəkildə həyata keçirilir”, – deyə Tripoli meri əlavə edib.
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar













.jpg)


.webp)

















