Yaxın Şərq
İsrailin İranla bağlı planı hazırdır: Trampa inanmırlar, özləri hücum edəcəklər
İsrail ABŞ-a bildirib ki, Tehran ballistik raketlərlə bağlı "qırmızı xətti" keçərsə, İrana təkbaşına zərbə endirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Mənbə nəşrə bildirib ki, "Biz amerikalılara İranın ballistik raketlər üçün müəyyən etdiyimiz qırmızı xətti keçəcəyi təqdirdə təkbaşına zərbə endirəcəyimizi dedik".
Onun sözlərinə görə, İsrail İran daxilindəki hadisələrin inkişafını daim izləyir.
Nəşr qeyd edir ki, İsrail Müdafiə Nazirliyinin rəsmiləri bu yaxınlarda amerikalı həmkarlarına İranın ballistik raket proqramının İsrail üçün mövcudluq təhlükəsi yaratdığını bildiriblər.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, İsrailin İranın raket imkanlarını və istehsal infrastrukturunu məhv etmək niyyəti son həftələrdə keçirilən bir sıra yüksək səviyyəli görüşlərdə bildirilib.
Nəşrin mənbələri bildirib ki, son danışıqlar zamanı İsrail raket proqramı ilə bağlı İrandakı əlavə hədəflərə zərbə endirmək planlarını təqdim edib.
Lakin İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Yəməndə husilərə qarşı son əməliyyatlarına bənzər məhdud zərbə modelini tətbiq edə biləcəyindən narahatdırlar.
Qəzetə hərbi rəsmi bildirib ki, "Onun bir neçə hədəf seçib uğur qazandığını elan edə biləcəyi ilə bağlı narahatlıqlar var".
O qeyd etdi ki, bunlar əsas təhlükəni aradan qaldırmayacaq qismən tədbirlərdir.
Roza
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar














.jpg)


.webp)










.png)






