Yaxın Şərq
İran-ABŞ xəttində gizli mesajlar: Bu ölkə vasitəçi rolundadır
İranda rəsmi şəxslər Oman vasitəsilə Birləşmiş Ştatlardan bir neçə mesaj aldıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dövlət televiziyasında bildirib.
Laricani qeyd edib ki, İran ABŞ-la birbaşa yazışma aparmayıb, lakin Oman hökuməti dost ölkə kimi Vaşinqtondan göndərilmiş bəzi mesajları Tehrana təqdim edib və bu mesajlar artıq İran tərəfi tərəfindən öyrəniləcək.
6 fevralda Omanın paytaxtı Məskətdə İran və ABŞ arasında nüvə proqramı ilə bağlı növbəti görüş keçirilib. Bu görüş son bir neçə ayda tərəflər arasında aparılan danışıqların davamıdır və İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bir araya gəlib.
Laricani əlavə edib ki, göndərilən mesajların məzmunu barədə detalları Tehranda öyrənirlər, lakin hələlik onlara ABŞ tərəfindən birbaşa məktublar daxil olmayıb.
Bu fikir mübadiləsi fonunda “Washington Post”, “Reuters” və digər xarici agentliklər də ABŞ-la İran arasında diplomatik danışıqların davam etdiyini və tərəflərin müəyyən məqamları müzakirə etdiyini bildiriblər.
Akqabay
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar














.jpg)


.webp)

















