Yaxın Şərq
Əvvəllər məlum olmayan tarixi abidə aşkarlandı
Sinay yarımadasının cənub hissəsində arxeoloqlar yaşının 10 min ilə çatdığı təxmin edilən qədim qayaüstü təsvirlərlə bəzədilmiş qaya aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi bu tapıntını "açıq səma altında təbii muzey" adlandırıb.
Umm-İrak yaylasının şərq yamacındakı 100 metrdən çox uzanan qaya örtüyü oyma və çəkilmiş təsvirlərlə örtülüdür. Burada heyvanları, ov səhnələrini, silahlı insan fiqurlarını, müxtəlif simvolları, eləcə də ərəb və nabatey dillərində yazıları görmək olar. Bu sənət əsərləri tarixdən əvvəlki dövrlərdən (10 min ildən 5,5 min il əvvələ qədər) başlayaraq daha sonrakı epoxalara qədər müxtəlif dövrlərə aiddir.
Mütəxəssislərin fikrincə, bu kəşf "Sinayda bir-birini əvəz edən sivilizasiyalar haqqında yeni məlumatlar" əldə etməyə imkan verir. Arxeoloqlar vurğulayırlar ki, Umm-İrak yaylası minilliklər boyu burada müxtəlif tarixi dövrlərdə yaşamış əhali üçün müşahidə, toplanma və istirahət yeri rolunu oynayıb.
Qədim Abidələr Ali Şurasının baş katibi Dr. Hişam Əl-Leythi, Umm İraq yaylasını son zamanlar kəşf edilmiş ən əhəmiyyətli qayaüstü sənət abidələrindən biri adlandırıb. Kəşfin əhəmiyyətini vurğulayaraq, sərgilənən petroqliflərin xronoloji və texniki zənginliyinin yaylanı unikal açıq hava muzeyinə çevirdiyini və tarixdən əvvəlki dövrlərdən İslam dövrünə qədər insan bədii və simvolik dilinin inkişafını əks etdirdiyini qeyd edib. Əl-Leythinin sözlərinə görə, bu, abidəyə xüsusi elmi dəyər verir.
Hüseyn İbadlı
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?












.jpg)


.webp)











.png)







