Yaxın Şərq
İsrail ordusu Livanda bu hədəflərə zərbələr endirir
İsrail Müdafiə Qüvvələri (IDF) Livana endirdiyi zərbə "Hizbullah" təşkilatının hərbi qanadının raket bölmələrinin potensialını zəiflətməyə yönəlib.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zərbələr ölkənin şərqindəki Baalbek rayonunda "Hizbullah"ın üç qərargahına endirilib. Qurumun məlumatına görə, hücum nəticəsində "Hizbullah"ın raket bölmələrinin bir neçə üzvü zərərsizləşdirilib.
"Hizbullah"ın raket bölmələri İsrail dövlətinin ərazisinə raket və mərmilərin atılmasına cavabdeh olan strukturdır və son vaxtlar onlar İsrail ərazisinə doğru bu növ buraxılışlar planlaşdırırdılar", - deyə bəyanatda bildirilir.
Fevralın 13-də İsrail qoşunları Livanın cənubundakı Ət-Tiri rayonunda "Hizbullah" hərəkatına hücum edib. IDF qeyd edib ki, bu qərar şiə hərəkatı tərəfindən atəşkəs razılaşmalarının dəfələrlə pozulmasına cavab olaraq qəbul edilib.
Hüseyn İbadlı
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"














.jpg)





















