Yaxın Şərq
İsrail təhlükəsizlik kabineti toplaşdı: İrana hücum başlayır?
İsrail təhlükəsizlik kabinetinin ABŞ-ın İrana mümkün hücumunu və regional münaqişə potensialını müzakirə etmək üçün bir araya gəldiyi bildirilir.
Publika.az xəbər verir ki, İsrailin “12-ci Kanal” telekanalının verdiyi məlumata görə, ABŞ-ın tezliklə İrana mümkün hücum edə biləcəyi ilə bağlı qiymətləndirmələrdən sonra kabinet üzvləri İran və müxtəlif cəbhələr barədə ətraflı məlumat alacaqlar.
Həmçinin bildirilib ki, təhlükəsizlik kabinetinin iclasından əvvəl Baş nazir Benyamin Netanyahu ABŞ-ın İrana hücum edəcəyi təqdirdə “Hizbullah”ın necə reaksiya verə biləcəyini müzakirə etmək üçün bəzi müşavirləri və təhlükəsizlik rəsmiləri ilə görüş keçirib.
Məlumatda, həmçinin bildirilir ki, İsrail rəsmiləri ABŞ-ın mümkün hücumu halında “Hizbullah”ın İsraillə münaqişəyə girib-girməyəcəyi məsələsində fikir ayrılığına malikdirlər.
İsraildə üstünlük təşkil edən fikir budur ki, İran nüvə proqramı ilə bağlı əlavə təkliflər irəli sürməklə daha çox vaxt qazanmağa çalışacaq və Vaşinqtonla Tehran arasında çoxlu sayda fikir ayrılığı olduğuna görə bu mərhələdə razılığa gəlmək şansları məhduddur.
İsrailin Baş naziri Netanyahu bu ayın əvvəlində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşündən sonra onun İrana qarşı mövqeyini anlamaqda çətinlik çəkdiyini bildirib.
“Kanal 12”-nin məlumatına görə, Trampla görüşündən sonra Netanyahu ABŞ-ın yüksək vəzifəli rəsmisindən "O, hələ də bizimlədirmi?" deyə soruşub və vəziyyətdən narahatlığını bildirib.
Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundunun 26 fevralda İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi açıqlanıb.
Tural
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?













.webp)












.png)








