Yaxın Şərq
Türkiyə xəbərdarlıq etdi: İsrailin Yaxın Şərqdə heç bir haqqı yoxdur
İsrailin Fələstin ərazilərinə və ya digər ərəb torpaqlarına heç bir haqqı yoxdur.
Publika.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin Yaxın Şərqdə "yəhudi dövlətinin hüququ" ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
Fevralın 20-də Hakabi amerikalı jurnalist Taker Karlsona bildirib ki, İsrailin Misirdəki Nil çayı ilə Suriya və İraqdakı Fərat çayı arasındakı torpaqlar üzərində Müqəddəs Kitab hüququ var.
Çelik sosial mediada verdiyi açıqlamada bildirib: "İsrailin işğal olunmuş Fələstin əraziləri və ya digər işğal olunmuş ərəb torpaqları üzərində heç bir hüququ və ya suverenliyi yoxdur. Dost və qardaş ərəb dövlətlərinin suverenliyinə qarşı hər hansı bir təhdid qanunsuzdur".
O qeyd edib ki, Qərb Sahilini ilhaq etmək və ya Qəzza zolağının birdəfəlik ayrılması üçün mümkün cəhdlər "məkan soyqırımı" hesab olunur və işğal olunmuş Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin genişləndirilməsi "açıq təcavüz" kimi qiymətləndirilir.
Türk siyasətçisinin nöqteyi-nəzərindən, beynəlxalq hüququn dini fanatik şərhlərlə əvəzlənməsi bütün Yaxın Şərq regionu üçün ağır nəticələrə səbəb ola bilər.
Tural
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?













.webp)












.png)








