Nəqliyyat
“20 Yanvar” metrosunun bağlanmış girişi açılır - - FOTOLAR
Noyabr ayının 8-də «20 Yanvar» stansiyasının bağlanmış 1-ci vestibülü yenidən sərnişinlərin giriş-çıxışı üçün açılır.
“Bakı Metropoliteni”QSC-dən Publika.az-a
verilən məlumata görə, iyul ayının 1-dən istismar müddəti başa
çatmış ET-5 tipli üç eskalatorun dəyişdirilməsi üçün stansiyanın
1-ci vestibülü bağlanmışdı.
Qeyd edək ki, 1985-ci ildən istismarda olan «ET-5» tipli 3 köhnə
eskalator demontaj edilərək, onların yerinə Almaniyanın «Thyssen
Krupp» şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş
«Tugela» tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində
isə daş pilləkən inşa edilib.
Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların
dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti
otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik
avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər
çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının
mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 yanvar
hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın
19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak
olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla
qurulub.
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Nida Xəbər 13:21Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin212:54Məşhur aktyor 4-cü dəfə ata oldu - FOTO
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu


































.png)




