Nəqliyyat
Azərbaycanda yolun ortasında bitən sirli ağac: "Kəsmək olmur" - – VİDEO
Yolun ortasındakı çinar ağacları Xudat-Yalama avtomobil yolunun 14-cü kilometrliyindədir. Avtosfer.az ARB Şimal-a istinadən xəbər verir ki, 38 il əvvəl bu ərazidə ilk dəfə yol çəkiləndə layihəyə əsasən, ağaclar kökündən çıxarılmalı olub.
Amma həmin vaxt baş verən hadisələr iş icraçılarını fikrindən daşındırıb. Yerli sakinlərin də çinarların çıxarılmasına etiraz etməsi məsələnin daha da böyüməsinə səbəb olub. Həmin vaxt Xaçmazda birinci katib vəzifəsində çalışan Aslan Nəsibov layihənin dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edir. Çünki yolun ağaclara görə başqa ərazidən keçməsi əlavə vəsait tələb edirdi. Yalnız bundan sonra layihədə dəyişiklik edilir və ağacların yolun ortasında saxlanılmasına qərar verilir: "Sovet vaxtı bu yol təzə tikiləndə, traktor bunu çəkəndə "tros" qırıldı. 2-ci traktor gəldi. O da eyni problem yaşadı. Bunu gördülər və dayandılar. Kəsmək olmur".
Xudat-Yalama-Zuxuloba yolu bu il "Azəravtoyol" ASC tərəfindən yenidən qurularaq istifadəyə verilib. Yolun çəkilişi zamanı çinar ağacları saxlanılıb. Hərəkət isə məneəni sağdan-soldan keçməyi bildirən nişanların köməyi ilə təşkil olunub: "Bizim Yalama kəndinin 2 sakini gəliblər bura. Daha sonra gediblər Xudata, oradan qayıdanda qəza törədiblər".
2 hərəkət zolaqlı yolun uzunluğu 24 km- eni isə 7,5 m dir. Yol 28 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.





-
ABŞ07:55Ölüm, od və qəzəb onlara göndəriləcək - Trampdan 20 dəfə daha güclü zərbə anonsu
-
Ekopublika.az07:15Bazarda bu məhsullar bahalaşdı - Video
-
Dünya06:46Zelenskinin Tramp və İranla bağlı yeni planı üzə çıxdı
-
ABŞ04:30ABŞ Hörmüz boğazını ələ keçirə bilər
-
Ekopublika.az03:19Neft yenidən ucuzlaşmağa başladı
-
Region02:18Pezeşkian Ərdoğanla danışdı: Buna hazırıq
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan














.jpg)




















