10 ayda 638 nəfər öldü, 1721 nəfər yaralandı
Bizi izləyin

Nəqliyyat

10 ayda 638 nəfər öldü, 1721 nəfər yaralandı

10 ayda 638 nəfər öldü, 1721 nəfər yaralandı

Bu ilin 10 ayı ərzində Azərbaycanda 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az Baş Dövlət Yol Polisi İdarəsinin saytına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələri nəticəsində 638 nəfər həlak olub, 1721 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), yaralananların sayı 184 nəfər (9,7%) azalıb.

Bakı ərazisində 561 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 158 nəfər həlak olub, 579 nəfər yaralanıb. 2015-ci illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 107 fakt (16%), 37 nəfər (19%), 139 nəfər (19,4 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil edib, nəticədə 257 piyada həlak olub, 516-ı yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə həlak olub, 165 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 14, yaralananların sayı isə 8 nəfər azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm