Nəqliyyat
Azərbaycanda uçuşların təhlükəsizliyi ilə bağlı proqram hazırlanacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
Publika.az xəbər verir ki, qanuna nəzərdə tutulan dəyişikliklə bağlı Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov məlumat verib.
O deyib ki, sənədə dəyişiklik beynəlxalq təşkilatların tələbləri əsasında başlanılıb:
“Bu, əsasən Çikaqo Konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır”.
A.Məmmədov bildirib ki, hazırda uçuşların təhlükəsizliyi ilə bağlı Adminstrasiyanın uçuşlar haqqında qaydaları var:
“Yeni proramın hazırlanmasında həmin qaydalardan istifadə olunacaq. Sözügedən proqramda heyət üzvlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistemin yaradılması da nəzərdə tutulur. Bir sözlə, Adminstrasiyanın qərarları yetərli deyil, dövlət qanununda əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir. Dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək”.
A.Məmmədov əlavə edib ki, yaxın zamanlarda bir sıra struktur dəyişiklikləri gözlənilir.
Vasif Həsənli
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...