Nəqliyyat
Bakı yollarında son vəziyyət
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.
BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.
"Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə qurumun açıqlamasında bildirilir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan