İtaliya mediası Bakıdan yazdı
Bizi izləyin

Nəqliyyat

İtaliya mediası Bakıdan yazdı

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı məqalə dərc olunub.

İtaliya mətbuatında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki,"Eurasian Business Dispatch" analitik portalında dərc edilən məqaləni italyan tədqiqatçılar Domenico Letisia və Giorgia Piların birgə hazırlayıb.

"Yeni Bakı limanı və Azərbaycanın ilk Azad Ticarət Zonası" adlı məqalədə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsində nəqliyyat sektorunun rolu, Bakı limanının tarixi, onun beynəlxalq nəqliyyat dəhlizləri üçün əhəmiyyəti, hazırda yeni Bakı limanının genişləndirilməsi istiqamətində aparılan işlər, bu xüsusda innovativ yanaşmalar, liman ərazisində və ona yaxın yerdə qurulmaqda olan Azad Ticarət Zona (ATZ), istər Bakı limanının, istərsə də ATZ-nın ölkənin və regionun iqtisadiyyatına potensial töhfələri kimi mövzular yer alıb. Yazı Bakı limanının strateji əhəmiyyəti və imkanları barədə İtaliyanın işgüzar və akademik dairələrini məlumatlandırılmaq məqsədi daşıyır.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.eurasianbusinnessdispatch.com/ita/archivio/Il-nuovo-porto-di-Baku-e-l-istituzione-della-prima-Free-Zone-azera-di-Domenico-Letizia-e-Giorgia-Pilar-Giorgi-356-ITA.asp

Oxumağa davam et
Reklam
Reklam

Gündəm