Bu yolda hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Nəqliyyat

Bu yolda hərəkət məhdudlaşdırılır

Bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Bu barədə Publika.az-a “Azəravtoyol”ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm