Nəqliyyat
Bakı-İstanbul aviareysində gecikmə oldu
Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in Bakı-İstanbul reysi təxirə salınıb.
“Report” xəbər verir ki, “J2 9103” reysi yerli vaxtla 07:45-də həyata keçirilməli imiş.
Məlumata görə, təxminən, bir saata qədər sərnişinlər salonda qaldıqdan sonra düşürülüb və onlara 09:30-da təşkil ediləcək reyslə İstanbula uçacaqlarını bildiriblər.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib: “Hava gəmisinin kapitanı təyyarəni texniki səbəbdən dəyişməyi qərara alıb. Təxminən, 10 dəqiqədən sonra sərnişinlərin minişi başlayacaq və 09:30 üçün təyyarənin havaya qalxması gözlənilir”.
Qeyd edək ki, “J2 9103” reysi “Embraer ERJ-190” təyyarələri ilə həyata keçirilir. Reyslər İstanbulun Sabiha Gökçen Hava Limanına həyata keçirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR