O taksi sürücüləri ilə bağlı ciddi addımlar atılacaq
Bizi izləyin

Nəqliyyat

O taksi sürücüləri ilə bağlı ciddi addımlar atılacaq

“Regionlardakı taksilərin əksəriyyəti minimum tələblərə cavab vermir”.

Publika.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov deyib.

H.Həsənov taksi sürücülərinin yol verdiyi xoşagəlməz hallara qarşı da tədbirlər görüləcəyini bildirib:

“Hazırda 8+1 tipli avtonəqliyyat vasitələrinin nə taksi, nə də avtobuslara tətbiq edilən qanunvericilik tələblərinə uyğun olmadığına görə onlar qanunla tənzimlənmir. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Bununla yanaşı “London taksi”lərinin keyfiyyətinin artırılması məqsədilə işlər görüləcək. Taksi sürücülərinin davranışında xoşagəlməz hallara qarşı tədbirlər görüləcək. Məqsəd vətəndaş göstərilən taksi xidmətinin keyfiyyətini artırmaqdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm