Bakı-Sumqayıt qatarlarının sayı artırılır
Bizi izləyin

Nəqliyyat

Bakı-Sumqayıt qatarlarının sayı artırılır

Bu gündən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları”QSC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17:00 və 21:40-da, Sumqayıtdan isə saat 17:50-də və 20:30-da yola düşən elektrik qatarları təyin edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə https://ady.az/az/tables/index/52/44 saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar. Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcək və Bakıya saat 1032-də çatacaq. Sumqayıt stansiyasından saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcəkdir və Bakıya saat 1142-da çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm