Nəqliyyat
Marşrut xətlərində DƏYİŞİKLİK: yanvarın 1-dən...
Bakının bir sıra müntəzəm marşrut xətlərində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a verilən məlumata görə, bu addım ictimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində atılıb.
Belə ki, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.
Bundan başqa, 62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi isə “Çinar Trans” MMC-yə həvalə edilib.
Hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.
Eyni zamanda 64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.
Həmçinin 88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə olunub.
Dəyişikliklər gələn il yanvarın 1-dən tətbiq ediləcək.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU