Nida Xəbər
Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq
Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.
Görəsən, müharibə iştirakçılarının aldığı müavinət artırılacaqmı?
Publika.az xəbər verir ki, deputat Siyavuş Novruzov Globalinfo.az-a açıqlamasında bir çoxlarının təqaüdlə müavinəti qarışdırdığını bildirib.
O, veteranların aldığı 80 manatın təqaüd deyil, müavinət olduğunu qeyd edib:
“Keçmişdə müharibə iştirakçıları ictimai nəqliyyatdan ödənişsiz istifadə edirdilər, işıqpulu ödəmirdilər. Sonra özəl sektorların inkişafı ilə əlaqədar dövlət veteranlara müəyyən miqdarda vəsait ayırdı ki, onlar özləri ödəniş etsinlər. Ona görə də təxminən 200 minə yaxın müharibə iştirakçısı 80 manat müavinət alır. Hətta onlar haradasa çalışsa, əlavə gəliri olsa belə, yenə həmin pulu alırlar. İnsanlar birdəfəlik bilməlidirlər ki, o məbləğ veteranlara yaşayış üçün deyil, kommunal və nəqliyyat xərcləri üçün verilir. Amma buna baxmayaraq, biz yenə də bu məbləğin artırılmasının tərəfdarıyıq”.
Deputat deyib ki, nəqliyyat və kommunal xərclər artdığı üçün veteranların da müavinətləri artırılacaq:
“Fikrimcə, müharibə iştirakçılarının müavinətləri 130-150 manat aralığında olacaq. “Veteranam” deyib, sui-istifadə etmək də olmaz. Bu gün elə veteran var ki, həkim, müəllim, sürücü, hansısa müəssisədə mütəxəssis olaraq çalışır. Lakin yenə də 80 manat müavinətini alır və almalıdır. Qeyd edim ki, əlillik dərəcəsi olan şəxslər dövlətdən təqaüd alırlar. Bəziləri qəsdən veteranların aldığı 80 manatı təqaüd kimi qələmə verib, araya narazılıq salırlar”.
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO














.jpg)










.webp)










