Nəqliyyat
Metronun bu stansiyasında eskalatorlar söküldü
Metronun “Xətai" stansiyasında 50 illik istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz olunması üçün sökülüb.
“Bakı Metropoliteni”QSC-dən Publika.az-a verilən məlumata görə, artıq hər 3 avadanlığın tam sökülərək stansiyadan çıxarılması başa çatdırılıb.
Lakin bu, köhnə eskalatorlarla bağlı işlərin tam həll olunması və yenilərinin dərhal quraşdırılmağa başlaması demək deyil. Eskalatorların nəhəng fundamentinin söküntüsü ağır və vaxt aparan işdir. Söküntü işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində başa vurulacaq və həmin sahəsinin yeni eskalatorların quraşdırma tələblərinə uyğunlaşdırılmasına başlanılacaq.
Qeyd edək ki, burada sökülmüş "LT-2" tipli 3 esklatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılacaq. "Xətai" stansiyası dərin özüllü və ən əsası, bir giriş-çıxışlı olduğundan, 4 eskalatorun quraşdırılması sərnişinlərin təhlükəsizliyini gücləndirməyə və onların daha rahat hərəkətini təmin etməyə imkan verəcək. Onu da xatırladaq ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni nəsil analoqu ilə əvəzlənmişdi.
Stansiyanın yerüstü vestibülündə də işlər davam edir. Burada üzlük daşlarının sökülməsi başa çatdırılıb. Bünövrənin gücləndirilməsinə, eləcə də binanın damında izolyasiya işlərinin başlanmasına üzrə hazırlıq tədbirləri başlanıb.
Qarşıdakı müddət ərzində vestibülün memarlıq baxımından əhəmiyyət kəsb dən şəbəkələrinin və Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi kompozisiyasının bərpa olunması da nəzərdə tutulub.
Bununla yanaşı, stansiyanın birinci baş yolunun əsaslı təmir olunması işləri də davam etdirilir. Hazırda tavanda suaxarların yönləndirilməsi məqsədilə xüsusi örtüyün vurulması və işıqlandırma konstruksiyasının karkasının qurulması işləri başa çatmaq üzrədir. Bununla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzilinin ikinci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da uğurla aparılır.
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
-
ABŞ02:19ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb
-
Qoroskop01:20Günün ulduz falı: Bəzi qərarları yenidən dəyərləndirməli olacaqsız
-
Region2 Sentyabr 23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi













.jpg)





.jpg)
















.jpg)