• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

Nobel prospektindəki çökmənin səbəbi açıqlandı

Nobel prospektindəki çökmənin səbəbi açıqlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonunun Nobel prospektində baş vermiş çökmə ilə bağlı açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, açıqlamada deyilir ki, hadisə baş verən kimi dərhal əraziyə qurumun əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırmağa başlayıbş

"Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür. Qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentliyimiz tərəfindən çökmüş hissə bərpa olunacaq", - deyə açıqlamada qeyd olunub.

Ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR