Nəqliyyat
Sürücülərin NƏZƏRİNƏ - Bu yol təmir olunur
Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.
Agentlikdən Publika.az-a verilən məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.
İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur.
Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu