Nəqliyyat
Bilet satışı uçuşa 72 saat qalmış dayandırılacaq - RƏSMİ
Hazırda sadəcə olaraq ölkədaxili uçuşların bərpası qərarı verilib.
Publika.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Beynəlxalq uçuşlar üçün növbəti həftələrdə qərarlar veriləcək. Bizim uçuşlar barədə qaydalarımız bu gün təsdiq olunub və bütün dövlətlərə bu təlimatlar göndəriləcək. Əgər hansısa hava şirkəti bu qaydalara riayət etmək şərtilə ölkəmizə gəlmək istəyəcəksə, Operativ Qərargahın qərarı ilə o hava limanı şirkətlərinin ölkəmizə gəlməsinə şərait yaradılacaq".
O bildirib ki, Bakı-Naxçıvan istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasında sərnişin haqqında onlayn məlumat yerləşdiriləcək: "Bütün biletlər onlayn şəkildə satılacaq. TƏBİB-in hansı laboratoriyasına, hansı saatda getməsi bu sistemdə qeyd olunacaq. Bütün sərnişinlər dövlət hesabına COVID-19 testindən keçəcəklər. Test nəticəsi 48 saat qüvvədə qalacaq".
E.Hacıyev əlavə edib ki, reyslər üçün bilet satışı uçuşa 72 saat qalmış dayandırılacaq: "TƏBİB-in məlumatları qeyd etməsi üçün bu vacibdir. Sərnişin test nəticəsinin cavabı elektron biletdə qeyd olunacaq. Hava limanının bütün sistemləri test nümunəsinin cavabını biləcək."
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































