Nəqliyyat
Kabildə raket zərbəsi nəticəsində 7 nəfər həlak oldu - YENİLƏNDİ
ABŞ-ın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Publika.az xəbər verir ki,, bu barədə "Afghanistan Times" qəzeti xəbər verib.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinin hücumu nəticəsində iki nəqliyyat vasitəsi və bir yaşayış binası qismən dağılıb. Amerika tərəfinin dediklərinə görə, hücumun hədəfi hava limanına hücum etmək istəyən terrorçu-intiharçının avtomobili olub.
Bildirilib ki, ölkənlərin siyahısına avtomobilinə zərbə endirilən zərərsizləşdirilən terrorçu da daxil olub.
xxx
Bazar günü Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.
Publika.az xəbər verir ki, bu barədə Al Arabiya telekanalı hadisə şahidlərinə istinadla məlumat yayıb.
Asvaka agentliyi bildirir ki, partlayış yaşayış binasına endirilən raket zərbəsi nəticəsində baş verib. Agentliyin məlumatına görə, iki nəfər həlak olub, üç nəfər yaralanıb. Ölənlər qadın və uşaqdır.
Ariana News telekanalı isə bir qədər sonra xəbər verib ki, raket hücumu nəticəsində dördü uşaq olmaqla, altı nəfər həyatını itirib. Həmçinin iki nəqliyyat vasitəsi məhv edilib, yaşayış binası qismən dağılıb. Sakinlər vedrələrlə su daşıyaraq yanğını söndürməyə çalışırlar.
KİV-də ABŞ Silahlı Qüvvələrinin Kabildəki obyektlərə raket zərbələri endirdiyi barədə xəbərlər yayılır.
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi







































