Nəqliyyat
Gələn ildən bu avtomobillərin satışı ƏDV-dən azad ediləcək
Azərbaycanda gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Deputatın elektrik avtomobillərinin idxalına güzəştlərin tətbiqi barədə təklifinə münasibət bildirən nazir müavini bildirib ki, 2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı ƏDV-dən azaddır.
“Elektrik mühərrikli avtomobillərin ölkə daxilində satışının da gələn ildən ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Həmçinin, onların doldurulma məntəqələri də ƏDV-dən azad ediləcək” - deyə, S.Ələkbərov qeyd edib.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi









.jpg)




























