Bakı metrosunda qatarda nasazlıq yarandı
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda qatarda nasazlıq yarandı

Bakı metrosunda qatarın hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda baş verib.

"Nəticədə qatara texniki baxış keçirilməsi üçün zərurət yaranıb. "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb və qatar ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib. Əvəzinə xəttə yeni qatar verilib. Bir dəqiqəlik yubanma olub", - deyə qurum rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm