Nəqliyyat
Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı REYDƏ BAŞLADI - FOTO/VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Tağımının əməkdaşları avtomobili nömrəsiz idarə edən qazilərlə proflaktiki sphbət aparıb.
Publika.az xəbər verir ki, 50 CO 817 dövlət nömrə nişanlı, "NAZ Lifan" markalı avtomobilin sürücüsü Həmid Lazım oğlu Həşimov və 99 SH 767 dövlət nömrə nişanlı, "VAZ Priora" markalı avtomobilin sürücüsü Raif İsgəndər oğlu Məmmədov saxlanılıb.
Yol polis əməkdaşları qazilərlə proflaktiki sphbətlər aparıb, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var. Lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.
Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu



































