Nəqliyyat
Bakı-Tel-Əviv HAVA ƏLAQƏSİ: Gediş-gəliş daha rahat olacaq
“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması müsbət addımdır. Çünki, Azərbaycan-İsrail marşrutundan istifadə edən insanlar üçün gediş-gəliş daha asan olacaq.
Bu sözləri Publika.az-a söyləyən “Azərbaycan Yəhudi Media Mərkəzi”nin direktoru Nəsimi Əbilov bildirdi ki, hər bir insan getdiyi yolun rahat olmasın istəyir:
“Bu rahatlıq sazişdə öz əksini tapıb, bu da gözəl təşəbbüsdür. Hər iki ölkədən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcəklər. Bir də tranzit yollardan istifadə edərkən, yüklərin yoxlanılması və qeydiyyatı sadələşdirilib”.

Bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu deyən N.Əbilov bildirdi ki, bu əlaqələr qurulduğu andan, yəni 1992-ci ildən bu günə qədər yüksələn xətlə inkişaf edib:
“İlk günlərdən etibarən Azərbaycan-İsrail aviareysi yaradılıb və minlərlə insan bundan istifadə ediblər. Azərbaycan tərəfdən AZAL, İsrail tərəfdən isə “Arkia” və “İsrair Airlines” aviaşirkətləri qarşılıqlı aviareyslər təşkil edirlər. Bakı - Tel-Əviv reysi hazırda fəaliyyət göstərir”.
Azərbaycana hər il 1 milyondan çox xarici turistin gəldiyini deyən direktor qeyd etdi ki, onların böyük əksəriyyəti İsrail vətəndaşlarıdır:
“Onlarən sayı kifayət qədərdir və bu say ildən-ilə artır. Səbəbi odur ki, İsraildə yaşayan azərbaycanlılar və yəhudi xalqı ölkəmizin təbiətinə və gözəlliyinə heyran qalıblar. Bu heyranlıq İsrail xalqında illər keçdikcə daha da artır. Onlar Azərbaycana daha böyük maraq göstərirlər. İki ölkə arasında təkcə turizm sahəsində deyil, bütün sahələrdə əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradılmalıdır”.
Qeyd edək ki, adı çəkilən Saziş MM-in plenar iclasında təsdiqlənəndən sonra azərbaycanlı və yəhudi sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcəklər. İki ölkə arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


