Nida Xəbər
Tramp İlham Əliyevə təşəkkür etdi
ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icrasına başlanması üçün şəraitin yaradılmasına verdiyi töhfəyə və Vaşinqtonla birgə fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Publika.az xəbər verir ki, bu barədə Trampın layihənin rəsmi fəaliyyətə başlaması münasibətilə etdiyi videomüraciətində bildirilib.
“Baş nazir Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə birgə çalışdıqlarına, bu günü mümkün etdiklərinə, eləcə də Nobel Sülh Mükafatına mənim namizədliyimi irəli sürmək kimi alicənab addımlarına görə bir daha təşəkkür etmək istəyirəm”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin hər iki liderin sülh gündəliyinin irəlilədilməsində və Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin sona çatdırılmasında rolunu vurğulayıb.
TRIPP layihəsinin praktiki icrasından danışan ABŞ Prezidenti qeyd edib ki, layihə və onun inkişafı üçün yeni şirkətin yaradılması region boyunca yük və enerji axınları, eləcə də sərnişin daşımaları üçün əlavə ticarət marşrutlarının açılmasına imkan verəcək.
Tramp ABŞ-nin layihənin uğurla həyata keçirilməsini təmin etməyə sadiq olduğunu bildirib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?







.jpg)







.jpg)












.jpg)
.jpg)








