Nəqliyyat
Əl yandıran aviabiletlər: qiymətlər təyyarələrdən daha YÜKSƏKDƏ UÇUR - VİDEO
Yeni il yaxınlaşır, bayramı xaricdə keçirmək istəyənlərin sayı da artır. Ancaq aviabiletlərin qiyməti bir çoxlarının bu arzularını yenə ürəklərində qoyur.
Publika.az xəbər verir ki, bayrama hələ bir ay vaxt qalsa da, biletlərin qiymətləri təyyarələrdən daha yüksəkdə uçur. Rəqəmlər dodaq uçuqladır.
Yeni ili Türkiyədə keçirmək istəyən şəxs təkcə bilet üçün 800 manata yaxın vəsait ödəməlidir. Rusiya istiqamətində aviabiletlər 1000-1100, Gürcüstana 800-900, Dubaya isə 1200-1400 manat arasındadır.
Vətəndaşlar da qiymətlərdən narazılıqlarını bildirdilər.
Bu məsələ zaman-zaman Milli Məclisdə də gündəmə gətirilir. Millət vəkilləri müxtəlif vaxtlarda avibiletlərin baha olmasından söz açsalar da, görünən odur ki, vəziyyət dəyişmir.
İqtisadçı Eldəniz Əmirov deyir ki, dövlət hər il AZAL-a güzəştli gedişlər üçün subsidiya ayırır, lakin buna baxmayaraq, bilet qiymətləri azalmaq əvəzinə artmağa davam edir.
Ekspertin sözlərinə görə, aviabiletlərin baha olmasının əsas səbəblərindən biri aviabiznes sahəsində ölkədə rəqabətin yaşanmamasıdır.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" şirkətinə müraciət edilsə də, sualları cavablandıran tapılmayıb.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)