Nəqliyyat
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlar təxirə salındı - AZAL

Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidməti yayıb.
Xəbərə əsasən, "Azərbaycan Hava Yolları" bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Həmçinin, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.
Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

-
Sağlamlıq17:33
HİV epidemiyası Avropada sürətlə böyüyür
-
Sağlamlıq17:26
Bu meyvə şişkinliyi azaldır, həm də...
-
İdman17:15
Dizayner Messinin şərəfinə elə bir ayaqqabı hazırladı ki… - FOTO
-
Magazin117:05
Xalq artistindən toyda oriental ŞOU - VİDEO
-
Magazin216:53
Kıvanç Tatlıtuğ onun toyunda mahnı oxudu - VİDEO
-
Nəqliyyat16:49
Bakı metrosundan istifadə edənlərə xoş XƏBƏR - VİDEO
-
Magazin116:41
Doğuş Xoşqədəmə 100 min dollarlıq hədiyyə alıb?
-
İdman16:23
“Fənər” “cinayətkar”ı istəyir