"Tesla" uşaqlar üçün avtomobillərin satışına başlayır: Qiyməti...
Bizi izləyin

Nəqliyyat

"Tesla" uşaqlar üçün avtomobillərin satışına başlayır: Qiyməti...

"Tesla" uşaqlar üçün dəyəri 1500 dollara olan uşaq mini elektrik avtomobili ( Mini Cybertruck ) istehsal edib.

Publika.az xəbər verir ki, Mini Cybertruck 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

“Yetkinlər” modeli kimi o, elektrik mühərriki və litium-ion batareyası ilə təchiz edilib və tam doldurulma ilə beş saata qədər işləyir. Kiçik sürücülər üçün pikap maşınının qiyməti 1500 dollardır.

Tesla Cybertruck mini-nüsxəsinin ölçüləri açıqlanmır, lakin maksimum yükgötürmə qabiliyyəti məlumdur - 68 kiloqram. Pikap LED fənər və arxa fənərlər, rezin təkərlər və tənzimlənən sürücü oturacağı ilə təchiz olunub.

Sürət saatda 16 kilometrdir. Batareya uşağın səthindən, sürətindən və çəkisindən asılı olaraq 20 kilometrə qədər avtonom səyahət edə bilər.

Qeyd edək ki, mini elektrik maşınlarının satışına dekabrın sonlarında başlanılması planlaşdırılır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm