Nəqliyyat
İtaliya min illik layihəni reallaşdırır: Türkiyəni üstələyəcək

İtaliya hakimiyyəti dünyanın ən uzun asma körpüsünün tikintisi üçün minillik planı həyata keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu körpü ölkənin materik hissəsini Siciliya adası ilə birləşdirən Messina boğazından keçəcək.
Kalabriyadakı italyan “çəkmə”sinin “barmağı” ilə Siciliyanın paytaxtı Messina arasında nazik dəniz zolağı üzərində tikiləcək körpünün uzunluğu təqribən 3300 metr olacaq. Bu da öz növbəsində onu dünyanın ən uzun asma körpüsünə çevirəcək.Yeni körpünün uzunluğu 2023 metrə çatan Türkiyədəki Çanaqqala avtomobil asma körpüsünü keçəcək.
Ekoloqlar və bir çox memarlar isə bu plana şübhə ilə yanaşırlar, çünki tikinti bölgəsi zəlzələlərə son dərəcə meyllidir. Lakin İtaliyanın infrastruktur naziri Matteo Salvini bildirib ki, bütün risklərə və şübhələrə baxmayaraq, dünyanın ən uzun asma körpüsü tikiləcək. Layihə 15 il çəkəcək və onun büdcəsi ən azı 12 milyard avro olacaq.
Cəmilə

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ