Nəqliyyat
Ödənişli yolda daha bir qadın sürücü qaydanı pozdu - VİDEO

Bir neçə gün öncə Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda idarə etdiyi “Land Rover Velar” markalı 99-CN-222 qeydiyyat nişanlı maşınla yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, o, izahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.
Xatırladaq ki, bir neçə gün öncə daha bir qadın sözügedən yolda avtomobili yüksək sürətlə idarə etmişdi. 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən Axundzadə Əsmər adlı şəxsin avtomobil saxlanılaraq cərimə meydançasına salınmışdı.
Qeyd edək ki, Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110-dur.

-
Magazin206:16
Dua Lipa açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Magazin103:13
Aysun yenidən ərə gedəcək? - “İstəyirəm ki…”
-
ABŞ02:42
ABŞ “Azadlıq” radiosunu PULSUZ QOYDU
-
Region01:41
İranlı general ABŞ-yə xəbərdarlıq etdi
-
Magazin100:45
Damlaya nə olub? - Özü paylaşım edib ki...
-
Mistika00:15
Günün ULDUZ FALI - Gözlənilməz gəlir sizi sevindirəcək
-
Sosial15 Mart 23:36
Sabiq məmur vəfat etdi - FOTO
-
Sosial15 Mart 23:00
Bu şəxslərin müavinəti tamamilə ləğv oluna bilər