Türkiyə təyyarəsində bomba həyəcanı: Bu ölkəyə məcburi eniş etdi
Bizi izləyin

Nəqliyyat

Türkiyə təyyarəsində bomba həyəcanı: Bu ölkəyə məcburi eniş etdi

Türk Hava Yollarına (THY) məxsus Varşavadan İstanbula uçan sərnişin təyyarəsi bomba təhlükəsi ilə Rumıniyanın paytaxtı Buxarestdə məcburi eniş edib.

Publika.az xəbər verir ki, İstanbul reysi üçün axşam saatlarında Varşava Hava Limanından 150 sərnişini olan TK 1766 nömrəli uçuş həyata keçirilib. Bomba təhlükəsi alan təyyarənin komandiri Rumıniyanın Buxarest Hava Limanının Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və eniş üçün icazə istəyib.

THY-nin təyyarəsi heç bir problem olmadan Buxarest hava limanına eniş edib. Təyyarədə olan sərnişinlər təxliyə edilərkən, Rumıniya polisi təyyarənin salonunda və yük hissələrində ətraflı axtarışa başlayıb. Araşdırmadan sonra xəbərin əsassız olduğu məlum olub.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm